Lyrics

Sonu bu sevginin, bu eşqin Hədər olsa, ölüm olsa da Sevərəm yenə, sevərəm yenə Bizi fələk biri-birindən Ayırıb min qəmə salsa da Sevərəm yenə, sevərəm yenə Ay günəşə, çay dənizə Yer də göyə, sən də mənə Mən də sənə, gəl qovuşaq Arzulara, xəyallara bax İstəmirəm, ayrılığa birdəfəlik son qoyaraq Bir də, yenə gəl qovuşaq, xəyallara bax Qorxudur məni, sevgilim, ayrılıq Fani dünyada olmasın iki şey: ölüm, ayrılıq Qorxudur məni, sevgilim, ayrılıq Fani dünyada olmasın iki şey: ölüm, ayrılıq Demə mənə: "Nədir məhəbbət?" Onu, bil, mən sənə heç zaman Deyə bilmərəm, deyə bilmərəm Qapını qorxuram ki, döysəm Açan olmaz mənə, sevgilim Döyə bilmərəm, döyə bilmərəm Gözləyirəm, sən mənə gəl Döy qapımı, qoy mən açım Getmə daha, ol qonağım Ölənə qədər yanımda da qal Gəl dəyişək ömrümüzü, dünyamızı Gəl dəyişək qəlbimizi Qəlbini ver, bu qəlbimi al Qorxudur məni, sevgilim, ayrılıq Fani dünyada olmasın iki şey: ölüm, ayrılıq Qorxudur məni, sevgilim, ayrılıq Fani dünyada olmasın iki şey: ölüm, ayrılıq Qorxudur məni, sevgilim, ayrılıq Fani dünyada olmasın iki şey: ölüm, ayrılıq Qorxudur məni, sevgilim, ayrılıq Fani dünyada olmasın iki şey: ölüm, ayrılıq
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out