Top Songs By Tacir Şahmalıoğlu
Credits
PERFORMING ARTISTS
Tacir Şahmalıoğlu
Performer
COMPOSITION & LYRICS
Ruslan Seferli
Composer
Tacir Allahverdiyev
Songwriter
Lyrics
Bir oğul böyütdün üstündə əsə-əsə
Laylay dedin gecələr ömründən kəsə-kəsə
Vətən əsgər çağırdı, tale, qismət bu isə
Öpüb alnımdan dedi: "Get, ay evimin qalası"
Məktubu aldım o gün sevinib gülə-gülə
Oxudum qara xəbəri onu sağ bilə-bilə
Öpərək rəsmlərin gözdə yaş gilə-gilə
Bildirmədən heç kəsə tutdu qəlbində yasın
Tutdu qəlbində yasın
Vətən yolunda şəhid olub onun balası
Mərd oğlun mərd anası, gəlir şəhid anası
Dikmə gözlərini yerə, ana, qaldır başını
Xalq qərənfillə bəzər onun məzar daşını
Onun məzar daşını
"Oğul, oğul" deyərək bu dərdə dözə-dözə
Bu xəyallar içində o gəzir üzə-üzə
Toyunda oynamadın sən onun süzə-süzə
Qəbri üstündə, aşıq, çal ayrılıq havasın
Torpaq oğul istədi, sən verdin, ay ana
Ağlamazlar şəhidi, ağlama yana-yana
İndi Mübariz adı çevrilibdir dastana
Üçrəngli bayrağımız onun bəylik libası
Üçrəngli bayrağımız onun bəylik libası
Vətən yolunda şəhid olub onun balası
Mərd oğlun mərd anası, gəlir şəhid anası
Dikmə gözlərini yerə, ana, qaldır başını
Qalx, qərənfillə bəzə onun məzar daşını
Onun məzar daşını
Milli Qəhrəman deyir bütün el sənə
Bu ad fəxr gətirdi, ay oğul, mənə
Əsgərlər də and içib, söyləyib dönə-dönə
Biz İlhamla alarıq düşməndən qan qisasını
Biz İlhamla alarıq düşməndən qan qisasını
Writer(s): Ruslan Seferli, Tacir Allahverdiyev
Lyrics powered by www.musixmatch.com