Lyrics

Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Yadigardır meyxana, yadigardır meyxana Yadigardır meyxana, yadigardır meyxana, hey İçində möcüzələr doludur ədəbiyyatımızın Bu sənət də çox incə yoludur ədəbiyyatımızın Folklor janrıdır, bir qoludur ədəbiyyatımızın Ora daxildir, sanmayın ki, kənardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Deyilən meyxanalar hər biri təbdən yaranıb Çox suallar verilir, hansı səbəbdən yaranıb? Kökünü xırdalasaq, zatı ərəbdən yaranıb Bu səbəbdən əruzla əlaqədardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Deyilən meyxanan şah beyti qafiyədir Deməyə növbə çatıb, müddəti az saniyədir Təb olmasa, şairin deməyə ixtiyarı nədir? Təbin gələndə isə biixtiyardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bu səbəbdən əruzla əlaqədardır meyxana Mən də, həmkarlarım da birdir bizim niyyətimiz Deyirik meyxananı – xalqa budur xidmətimiz Qoymarıq ki, əzilə, tapdalana sənətimiz Nə qədər ki biz varıq, bizimlə vardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana Bədahətən deyilən sözdür, şüardır meyxana Bizə qədmidən qalıbdır, yadigardır meyxana
Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out