Lyrics

Axşam olcaq boylanıb aynabəndə Həzin-həzin tar çalırsan, ay oğlan Axşam olcaq boylanıb aynabəndə Həzin-həzin tar çalırsan, ay oğlan Qızarıram hər baxanda mənə sən Mənə sən, mənə sən Sən nə əziz, nə sevimli qonşusan Çalırsan incə-incə, hamının ürəyincə Necə heyran olmayım mən səni dinləyincə?! Mən səni dinləyincə Hər baxanda bilirəm ki, sözün var Deməsən də, gözlərindən oxunur Hər baxanda bilirəm ki, sözün var Deməsən də, gözlərindən oxunur Sədəf üstə gəzdirdiyin barmaqlar Barmaqlar, barmaqlar Ürəyimin tellərinə toxunur Çalırsan incə-incə, hamının ürəyincə Necə heyran olmayım mən səni dinləyincə?! Mən səni dinləyincə Utanıram, necə açım eşqimi? Qorxuram ki, hamı gülə, gülüşə Utanıram, necə açım eşqimi? Qorxuram ki, hamı gülə, gülüşə Bizim yerdə bu bir adət deyilmi? Deyilmi, deyilmi? Oğlan açar ürəyini həmişə Çalırsan incə-incə, hamının ürəyincə Necə heyran olmayım mən səni dinləyincə?! Mən səni dinləyincə Çalırsan incə-incə, hamının ürəyincə Necə heyran olmayım mən səni dinləyincə?! Mən səni dinləyincə
Writer(s): Arif Cəfərov, Hacıbaba Həsənov Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out