Top Songs By Elşad Xose
Similar Songs
Credits
PERFORMING ARTISTS
Elşad Xose
Performer
COMPOSITION & LYRICS
Elşad Xose
Songwriter
Lyrics
Səs Ver! Səs Ver! Səs Ver! Səs Ver!
Səhər tezdən qapımızı bərk döyən kimdir?
On nəfərin qabağına tək gedən kimdir?
Eşidib mahnımızı səs verən kimdir?
Dostum çoxdursa, düşmənim kimdir?
Səhər tezdən qapımızı bərk döyən kimdir?
On nəfərin qabağına tək gedən kimdir?
Eşidib mahnımızı səs verən kimdir?
Dostum çoxdursa, düşmənim kimdir?
Əməllərim səhv olsa da, sözüm həmişə düzdür
Düz olan birdirsə, səhv olan yüzdür (Həri)
Qaçırlar qaç, vururlar vur (Vur)
İçmirlər tək iç, içirlərsə süz (Süz)
Sözünü de sözü olana, sözünü de gözü dolana
Ölüb sonra doğulana, nə qıza, nə oğlana
Boğacaq bizi qəhər, tullamasaq bunu əgər
Açılacaq yenə səhər, tapılacaq yenə zəhər
Dostlar yenə də hərə bir tərəfdə
Tək oturub yazıram, alnım yenə tərdə
Olanı çəkmişəm, qalanı yerdə
Gözlərimdə yenə də qırmızı pərdə
Sözüm çox, vaxtım az, dəyişir məkan
Yenə başqa şəhər bu gün, sabah yenə liman
Her şeyə var dözüm, yoxdur heç kimə inam
Bu günə kimi olmayıbsa, çətin ola din-iman
Səhər tezdən qapımızı bərk döyən kimdir?
On nəfərin qabağına tək gedən kimdir?
Eşidib mahnımızı səs verən kimdir?
Dostum çoxdursa, düşmənim kimdir?
Səhər tezdən qapımızı bərk döyən kimdir?
On nəfərin qabağına tək gedən kimdir?
Eşidib mahnımızı səs verən kimdir?
Dostum çoxdursa, düşmənim kimdir?
Nəyin əvvəli, nəyin axırı, nəyin sonu
Pərdəsiz səhnə, həyat olub oyun (Oyun)
Gözəlçələr görüb gözüm, gecələr mənə dözün
Nə izim var, nə də tozum, yoxdur daha sözüm
Kim kimi minirsə, kim kimi qınayır
Kim kimi sevirsə, kim kimi sınayır
Dostlar gələcək onlarla qızlar
Yatağım görübdü tonlarla qızlar
Soyuq həyatımız qızlarla qızmaz
Qızdıran qız tapılsa da, qızdıracaq az-maz
Düz gör, düz bil, düz eşit
Dünəndən sabaha bu gündür keçid
Günah və savab, yox artıq seçim
Günahları min olana yumağa bir məscid
Şəhər sanki meşə, hər kəs canavar
Canavara yem üçün qoyun da tapılar
Xərcləyən itirər, axtaran tapar
Bir dəfə ata minən ömrü boyu çapar
Səhər tezdən qapımızı bərk döyən kimdir?
On nəfərin qabağına tək gedən kimdir?
Eşidib mahnımızı səs verən kimdir?
Dostum çoxdursa, düşmənim kimdir?
Səhər tezdən qapımızı bərk döyən kimdir?
On nəfərin qabağına tək gedən kimdir?
Eşidib mahnımızı səs verən kimdir?
Dostum çoxdursa, düşmənim kimdir?
Min ölç, bir kəs, min sözə bir səs
Min dil bilənə paxıl olar hər kəs
Atırlar at, alırlar sat
Həyatda it danışır, nağılda at
Çətinlik çəkir söz dеməyə pəltək
Kimsə salam verir əlində əlcək
Deyirsiz asandı hər bir çətinə
Aclıq mömini gətirib donuz ətinə
Kim qulluq edir dəbə, qulluq еdir zamana
Bəzi cavanlar guya gəlib namaza
Özü qızıl satacaq, əli gümüş taxacaq
Bazlıqdan qayıdıb, namaz edib yatacaq
Beş manat nəzir sizi xilas edə bilərmi?
Zəncirlə zərbə günah yuya bilərmi?
Qan görməyib, əli tutmayıb silah
Pulla hərbi bilet alıb, qışqırırlar: "Cihad!"
Seçilən seçilir, tanınan tanınır
Kafir sayılmaz tanıyan Tanrını
Alın yazısını Xose xırdalasa əgər
Kafir olmaq - bu da bir əcəl
Özümüz şagird, həyatımız müəllim
Evimiz məktəb, son zəng ölüm
-Gəldim, gəldim. Kimdir?
-Əzrail
Lyrics powered by www.musixmatch.com