Lyrics

Hamı kimin üçünsə xilaskardı Ya mən lal olmuşam, ya da qulağım biraz kardı Ürəyimin yaralarına əllərinlə toxun Gözlərimi görmək üçün yuxarı qaldır biraz kadrı Əmələ gəlmir hərdən Nə qədər yazasan müharibədən, mərmilərdən Soyuq tərdən sonra baş verən paranoiadan Xatırlayıb hərdən, oğurladığın illəri yerinə qoy adam (Sus) Günlərim artıq maraqsız və daha sakit Artıq alışıb yanan ocağı söndürmüşəm Mənə ölüm hökmü də azdı cənab hakim Mən sevgi və bütün hissləri öldürmüşəm Fikirlər qarma-qarışıq Arasında ümidsizlik və karma yarışır Biz axı deyildik əsl adam Tüstüyə qarışan hönkürtülər əks-səda Bu ya fraqment qısametrajlı kino Ya da, hər mübarizənin sonunda bitir yol Həyat yerə çırpar bəlkə də, qaldırar səni Son sözünü deyə bilməsən yandırar səni Qorxulu yuxulardan ayılmadım Hər dəfə oyananda isə adını sayıqladım Bəlkə də, çoxdan ölmüşəm, amma sağ kimiyəm Mən indi soyuq, əlçatmaz dağ kimiyəm Sən hökmü oxu, qorxutmağa çalışma lakin Bil ki, bozqurd ölümdən qorxmur, cənab hakim!
Writer(s): Barry John, Orxan Mustafazadə Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out