Lyrics

Əziz anam, şirin sözlü anam Qəlbin, kövrək eşqin solmaz bahar Gülər üzlü, qara gözlü anam Hara getsəm, gözün mənə baxar Əziz anam, şirin sözlü anam Qəlbin, kövrək eşqin solmaz bahar Gülər üzlü, qara gözlü anam Hara getsəm, gözün mənə baxar Ana, qəlbin layla olar, gəzər Doğma səsin ömrü, günü bəzər Lay-lay dedin ana, lay-lay dedin mənə Həyat verdin mənə əziz ana Laylan hələ yaşar, laylan ellər aşar Günəş kimi yana-yana, ana Ana, səsin aydın səhər olar Ana, qəlbin keşik çəkər bizə Yolum üstdə uzaq səfər olar İşıq olar, nurdan düşər gözə Mənim görən gözümsən sən, ana Ömrüm-günüm, özümsən sən, ana Lay-lay dedin ana, lay-lay dedin mənə Həyat verdin mənə əziz ana Laylan hələ yaşar, laylan ellər aşar Günəş kimi yana-yana, ana
Writer(s): Fikrət Qoca, Sevil əliyeva Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out