Lyrics

Açılıb yeni gün, dünya tələsir Fırladır bizi sağa-sola Qurur bu həyat bizə pul tələsi Limanlarda əl izim Gəmilərlə gedəndən sən Bir də geri gələ bilməyəsən deyə içirəm mən dənizi Geyinirəm əynimi tez-tələsik Baxıram pəncərədən çölə, bayırda külək əsir Baxıram yaşlılar dirənir, səhv olur yeni nəsil Baxıram şəhərə, gecələr aparır mənzərəsi Çəkib dalıram, müalicə, həb alıram Təmirdəyəm – heç kimi görmürəm Hamıdan uzaqda özümlə danışıb tək qalıram Yaramı çox sarıdım Heç kiməm, yoxsa, adım Tüpürmüşəm diploma, yox savadım Çox pox-püsür görmüşəm, övladıyam, çünki 90-ların Ya! Mən zənciri qırdıqca qəlbimdən qıfıllar... açılır Zirvəyə qalxmıram, daha da enirəm zirvədən sıfıra! Şəhərim – evim Qayıdaraq sevinirəm Bütün bu bütləri devirirəm! Mənim üçün bir əfsanə yoxdur Mən tarix oxumuram, özümü tarixə çevirirəm! Gəzirəm, gəzirəm, gəzirəm, gəzirəm Çünki hərəkət həyatdır, dayansam, öləcəyəm Əlimdə heç nə yox, qəlbimdə xəzinə Mən göydəyəm, ulduzlar parıldayıb sönəcək! Mən göydəyəm, ulduzlar parıldayıb sönəcək! Mən göydəyəm, ulduzlar parıldayıb sönəcək! Mən göydəyəm, ulduzlar parıldayıb sönəcək! Mən göydəyəm, ulduzlar parıldayıb, parıldayıb Mənim üçün nə radio, nə "TV"! Mən heç kəsəm, "okey"?! Mən milyondan biri Taxıram və qapanıram musiqimi özümə Dünyamda oxumur nə Damla, nə Röya, nə Miri! Paster otun əkər Çox topuqdan çəkən və çirkabın içində hopmur da ləkə Danışırlar repdən, amma illərdir, rep adlı otaqda təkəm! Bunun fərqinə vardım və yazdıqca Ömrümdən dəqiqələr atdıq Düşündüyünü deməsən də, olar Sənin həqiqətin var, amma biz həqiqətdən artıq! Ha! Mənim sualımı bilirsən Dua və kilsə, ya məscidə girsən də, fərqi yox Soruşursan: "Bu oğlan kimdir?" Mən aşağılardanam! Məni yubadır kimsə! Mən qatıram da dəlilik! İnadına pullara batıracağam əlimi! Qəlbinə qapı açıb gəlirik və albomum yoldadır Tapançam gərilib! "Verse"ləri "top" edirəm, qalsın! Fanları şok edirəm, alsın! Şou-biz[nes] o tərəfdə tanısın! Mən heç yerdən gəlmişəm Götürəcəyəm hamısın! Gəzirəm, gəzirəm, gəzirəm, gəzirəm Çünki hərəkət həyatdır, dayansam, öləcəyəm Əlimdə heç nə yox, qəlbimdə xəzinə Mən göydəyəm, ulduzlar parıldayıb sönəcək! Mən göydəyəm, ulduzlar parıldayıb sönəcək! Mən göydəyəm, ulduzlar parıldayıb sönəcək! Mən göydəyəm, ulduzlar parıldayıb sönəcək! Mən göydəyəm, ulduzlar parıldayıb, parıldayıb
Writer(s): Pərviz Quliyev Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out