Lyrics

Qarşımda nazlanıb yenə gülürsən Bilsən, gülüşlərin nəyə bənzəyir Mən desəm, artıqdır, özün bilirsən Lalə yarpağında şehə bənzəyir Mən desəm, artıqdır, özün bilirsən Lalə yarpağında şehə bənzəyir Cahan ki solmayan bir bağça-bağdır Burada rəvamıdır gülmədən ölmək? Yazıq o şəхsə ki, qaraqabaqdır Nə qədər yaraşır insana gülmək Yazıq o şəхsə ki, qaraqabaqdır Nə qədər yaraşır insana gülmək Sənin gülüşlərin bir ruzigar kimi Əsərkən arzumun gülü açılır Gülsə dodaqların ulduzlar kimi Ruhuma bir sərin işıq saçılır Gülsə dodaqların ulduzlar kimi Ruhuma bir sərin işıq saçılır Cahan ki solmayan bir bağça-bağdır Burada rəvamıdır gülmədən ölmək? Yazıq o şəхsə ki, qaraqabaqdır Nə qədər yaraşır insana gülmək Yazıq o şəхsə ki, qaraqabaqdır Nə qədər yaraşır insana gülmək
Writer(s): Elekber Tagıyev, Mikayil Musfiq Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out